Barselona etiraz dalğasına büründü
11 İyul 2010 Bazar 17:20
Kataloniyalılar İspaniyanın Konstitusiya Məhkəməsinin qərarı ilə razı deyil.
İspaniyanın Barselona şəhərində minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib. İrimiqyaslı etiraz dalğasının yaranmasına səbəb İspaniyanın Konstitusiya Məhkəməsinin Kataloniyanın muxtar statusuna aid bir neçə maddənin ləğv olunmasına dair çıxardığı qərar olub.

Məhkəmənin qərarına əsasən Kataloniya sakinləri bundan sonra ayrı millət kimi deyil, İspaniya vətəndaşı olaraq adlandırılacaq. Bu qərarın səslənməsindən sonra şəhərin mərkəzi küçərələrini etiraz dalğası bürüyüb. Etirazçılar “biz xalqıq” sözləri yazılan şüarlar səsləndirib.

Aksiya iştirakçıları keçirilən bu nümayişlərin müstəqillik yolunda irəliyə doğru atılan ilk addım adlandırıb. Asayiş keşikçilərinin verdiyi məlumata görə, etiraz aksiyaları dinc şəkildə başa çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar