Barroza yenidən seçildi
16 Sentyabr 2009 Çərşənbə 17:35
Onun Avropa komisssiyası rəhbərliyinə namizədliyi yeganə olub
Joze Manuel Barroza yenidən Avropa komissiyasının sədr vəzifəsinə seçilib. Onun Aİ sammiti tərəfindən təqdim olunan namizədliyi parlament deputatları tərəfindən dəstəklənib.
Qeyd edək ki, Avropa parlamentin Strasburqda keçirilən səsverməsi alternativsiz əsasda keçirilib - sabiq Avropa komisssiyası rəhbərliyinin namizədliyi yeganə olub.
Barroza ilk öncə Avroparlamentin sağ qolunun nümayəndələrinin səs çoxluğunu qazanıb. Digər partiya fraksiyaları, xüsusilə “yaşıllar” fraksiyası Barozzanı iqtisadiyyatdakı liberal kurs siyasəti yürütdüyünə görə sərt şəkildə tənqid edir.
DOSTLARINLA PAYLAŞ: