Barbie-lərə rəqib Fatimə
21 Noyabr 2010 Bazar 04:05
“Bu kuklalar düşmənin mədəni işğalına qarşı İranı müdafiə edəcək”
İranda, bütün dünyada qız uşaqlarının həvəslə oynadığı “Barbie” kuklalarına rəqib kuklalar istehsal olunub. Bir oyuncaq firmasının istehsal etdiyi “Fatimə” adlı kuklalar ötən gün mətbuata təqdim olunub. Uzun ayaqlı, sarı saçlı və mavi gözlü “Barbie”nin müqabilində “Fatimə”nin qırmızı yanaqları, böyük qəhvəyi gözləri, ənənəvi geyimi və hicabı var.
Ənənənvi dəyərləri mühafizə etmək üçün “Fatimə” kuklaların istehsal edildiyini deyən Hüseyn Homay Sərəşt bu oyuncaqların düşmənin mədəni işğalına qarşı İranı müdafiə edəcəyini bildirib.
İranlı kızların geleneksel değerlerini koruması için Fatima bebeklerin üretildiğini belirten Hüseyin Homay Seresht, oyuncakların “düşmanın kültürel işgali”ne karşı İran’ı savunacağını söyledi.
Xatırladaq ki, daha əvvəl Türkiyədə də "Barbie"lərə rəqib ənənəvi geyimi olan "Elif" kukla istehsal olunmuşdu.
DOSTLARINLA PAYLAŞ: