Barbados Krallığının baş naziri vəfat edib
23 Oktyabr 2010 Şənbə 18:50
Barbados Krallığının baş naziri Devid Tompson vəfat edib.
 APA-nın «Associated Press» agentliyinə istinadən verdiyi xəbərə görə, mədəaltı vəzin xərçəngi xəstəliyindən əziyyət çəkən 48 yaşlı baş nazir bu gün səhər saatlarında dünyasını dəyişib.
D.Tompson ölkə hökumətinə 2008-ci ilin yanvar ayından başçılıq edib. İlk dəfə bu ilin mart ayında xəstəliyi ilə bağlı məlumatlandırılan hökumət başçısı iyulda məzuniyyətə çıxıb və bir neçə dəfə müalicə almaq üçün ABŞ-a səfər edib.
Qeyd edək ki, Barbadosda faktiki olaraq dövləti baş nazir idarə edir, formal isə ölkəyə (Avstraliya, Kanada, Yeni Zelandiya və Britaniya birliyinin daha 11 ölkəsində olduğu kimi) Böyük Britaniya kraliçası II Yelizaveta başçılıq edir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar