Barak Obamaya sui-qəsd hazırlayan Özbəkistan vətəndaşına hökm oxundu
14 İyul 2012 Şənbə 03:04
Uluqbek Kodirov 15 il müddətinə azaddıqlan məhrum edilib.
ABŞ prezidenti Barak Obamaya qarşı sui-qəsd hazırlayan Özbəkistan vətəndaşı Uluqbek Kodirov Amerika məhkəməsi tərəfindən 15 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə qərar 22 yaşlı qeyri-leqal mühacirin işinə baxan Birmingem şəhər (Alabama ştatı) məhkəməsində çıxarılıb.

Uluqbek Kodirov bu ilin fevralında Amerika məhkəməsi ilə əməkdaşlığa gedib və günahını qismən etiraf edib. Bununla da, o, ömürlük həbs cəzasından yayına bilib. Uluqbek Kodirov cəzasını ABŞ-da çəkdikdən sonra ölkəsinə deportasiya ediləcək.

Uluqbek Kodirov ABŞ-a 2009-cu ildə tələbə vizası ilə gedib. O, ali məktəbə daxil ola bilməyib və bir il sonra vizası ləğv edilib. İttahimçılar bildirirlər ki, Özbəkistan vətəndaşı Barak Obamanı seçkiqabağı kampaniya zamanı optik nişangahlı tüfəngdən və ya yaxın məsafədən tapança ilə öldürməliymiş. Uluqbek Kodirov islamçı saytları ziyarət etdikdən sonra Barak Obamanı öldürmək qərarına gəlib.

Məhkəmə sənədlərinə görə, Uluqbek Kodirov sosial şəbəkələr vasitəsilə “Əmir” adlandırdığı rəhbər də tapıb. O, özünü Əfqanıstanda yerləşən Özbəkistanın İslam Hərəkatı qruplaşmasının üzvü kimi təqdim edib. ABŞ bu hərəkatı terror təşkilatlarının siyahısına salıb. Onlayn söhbərlərdən sonra Uluqbek Kodirov hesab edib ki, müsəlman dünyasına qarşı pisliklərə görə ABŞ-da “cəzalaqdırıcı qılınc”a çevrilməlidir.

Uluqbek Kodirov planlarını başqa bir nəfərə danışıb. O isə dərhal polisə xəbər verib. Polis əməkdaşları Özbəkistan vətəndaşını ABŞ xüsusi xidmət orqanlarının kimliyini gizlədən əməkdaşından M15 tüfəngi aldıqdan sonra Birmingem mehmanxanalarından birində həbs ediblər.

Alabama şimal dairəsinin prokuroru Uayt Vens deyib ki, Uluqbek Kodirov qatı terrorçu deyil. “O, müəyyən mənada sosial şəbəkələrin qurbanı olub”, - prokuror bildirib. Prokuror köməkçisi Mayl Uizonant isə bəyan edib ki, Kodirovun işi gənclərin internetin dolu olduğu zərərli təbliğan və yalanlardan ibarət radikal ideyaların təsiri altına nə qədər asanlıqla düşdüyünün bariz nümunəsidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar