Barak Obamanın xanımı Mişel Obama və onun iki qızı dünən Fransada Eyfel qülləsində olub. Birləşmiş Ştatların birinci xanımı, 10 yaşlı Malia və 7 yaşlı Saşa Parisin incisində 45 dəqiqə olublar. Çıxışda isə Mişel Obama qüllənin ətrafına yığışan pərəstişkarlarını və turistləri salamlayıb. Obama ailəsinin Eyfel qülləsinin yuxarısına çıxıb-çıxmadığı aydın olmayıb. Mişel Obama ilə onun qızlarının qülləyə gəlməsi Birləşmiş Ştatlar prezident Barak Obamanı gətirən təyyarənin Fransaya enməsi ilə eyni vaxta düşüb. Qeyd edək ki, Obama ailəsi bu gün müttəfiq qoşunlarının Normandiyaya gəlməsinin 65-ci ildönümü münasibətilə təşkil edilmiş mərasimdə iştirak edəcək. Birinci xanımın və uşaqlarının bazar ertəsinə qədər Fransada qalmasına baxmayaraq Obamanın sabah Parisi tərk edəcyi gözlənilir. /ANS TV/