Barak Obamanın ildə nə qədər qazanır?
03 İyul 2010 Şənbə 12:25
Barak Obamanın ildə nə qədər qazanır?. Ağ evin üç əməkdaşı əmək haqqı almır.
ABŞ prezidentinin administrasiyası Ağ ev əməkdaşlarının maaşları barədə dərgi nəşr edib. Belə ki, ötən il ərzində 469 işçi 38,8 milyon dollar qazanıblar.
Prezident Barak Obama ildə 400 min dollara maaş alır. Ağ ev aparatının rəhbəri Rem Emmanuel, Obamanın mətbuat katibi Robert Qibbs, prezidentin çıxış üçün mətnlərini hazırlayan Con Favro və prezidentin köməkçisi ildə 172 min dollara yaxın əmək haqqı alırlar.
İdarə heyətinin müavinləri və analitiklərin aid olduğu orta halqa məmurları ildə 70 mindən 100 min dollara qədər qazanırlar. Aşağı halqadan olan əməkdaşlar isə (katiblər, rəis köməkçiləri) ildə 40-60 min arası gəlir əldə edirlər.
Ən maraqlısı isə odur ki, Ağ evin üç əməkdaşı təmənnasız çalışır. Onlar əməkləri müqabilində heç bir haqq almırlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: