Barak Obamanın həyatı barədə kino çəkilir
22 May 2010 Şənbə 06:15
Filmin rejissoru məqsədlərinin, Barak Obamanın həyatı ilə indoneziyalı uşaqlara ilham vermək olduğunu bildirb.
ABŞ prezidenti Barak Obamanın İndoneziyada keçirdiyi uşaqlıq illəri barədə kino çəkilir. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, indoneziyalı kinematoqrafçılar “Mentenqli uşaq Obama” adlı filmi 17 iyun 2010 tarixə qədər çatdırmağı palnlaşdırır. Qeyd edək ki, ABŞ prezidentinin bu tarixdə İndoneziyaya səfəri gözlənilir. Film heyəti isə kinonun ilk təqdimat mərasimini Barak Obamanın iştirakı ilə keçirmək niyyətindədir.

Filmin ssenari müəllifi və rejissoru Damien Dematra məqsədlərinin, Obamanın həyatı ilə indoneziyalı uşaqlara ilham vermək olduğunu bildirb. Filmdə Obamanın uşaqlıq dövrünü 12 yaşlı amerikalı Həsən Faruq Əli canlandıracaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar