Barak Obamanın əli ilə yazdığı məktub 7 min dollara satıldı
03 Noyabr 2010 Çərşənbə 03:25
ABŞ sakini prezidentə yazdığı məktuba aldığı cavabı satdı.
Amerikanın Miçiqan əyalətində yaşayan, düşdüyü çətin vəziyyəti məktubla ABŞ prezidenti Barak Obamaya bildirən qadın prezident tərəfindən göndərilən cavab məktubunu 7 min dollara (5 600 manat) satıb. Qeyd edək ki, 28 yaşlı 2 uşaq anası Cenifer Klin Obamaya məktub yazaraq 2007-ci ildən bəri işsiz olduğunu, dəri xərçəngi xəstəliyinə yaxalandığını yazmışdı. Klin bu məktuba qarşılıq ABŞ prezidentinin öz xətti ilə yazılmış tək kəlməlik, “Hər şey daha yaxşı olmağa davam edəcək” qeydli cavab almışdı. Məktubu ev almaq üçün satdığını bildirən Klin ailəsinin əl boyda kağızdan daha dəyərli olduğunu deyib.

Bir kəlməlik məktubu alan kolleksiyaçı isə Obamanın xətti ilə yazılmış qeydi daha baha, 18 min dollara (14 400 manat) satmağı ümid edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar