Bir çox İslam liderləri Amerika prezidenti Barak Obamanın Misirdəki çıxışını müsbət qiymətləndiriblər. Əfqanıstan, İraq, Türkiyə, Fələstin, Ərəb Ölkələri Liqasının rəhbərləri çıxış haqqında müsbət fikirlərini açıqlayıblar.
Fələstindəki “Həmas” hərəkatının liderləri bəyan ediblər ki, Barak Obamanın sözləri real fəaliyyətə söykənməlidir. Livandakı “Hizbullah” hərəkatının nümayəndəsi isə bildirib ki, ABŞ-ın Yaxın Şərq siyasətində heç bir dəyişiklik görmür.
Xatırladaq ki, Qahirədəki çıxışında bəyan etmişdi ki, ekstremistlər ABŞla İslam dünyası arasındakı münasibətlərdəki gərginlikdən istifadə edir. /ANS PRESS/