Barak Obamanın cangüdənlərinin adı seks qalmaqalında
15 Aprel 2012 Bazar 03:40
ABŞ prezidentini müşayiət edən hərbçilər otelə fahişə gətiriblər.
ABŞ prezidenti Barak Obamanı Kolumbiyada keçirilən Amerikalar sammitində müşayiət edən beş hərbçi intizam pozuntusuna görə kazarmalara göndəriliblər. ANS PRESS-in “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ ev də təsdiqləyib.

Ağ evin nümayəndəsi Cey Karni bildirib ki, hərbçilər ABŞ xüsusi xidmət orqanları ətrafında yaranmış qalmaqalda iştirak ediblər. Onlar prezidentin cangüdənlərinin qaldığı otelə fahişə gətiriblərmiş. Cey Karni insidentin təfərrüatlarını açıqlamasa da, deyib ki, qalmaqal Barak Obamanın təhlükəsizliyi üçün problem yaratmayıb.

Bu arada isə qalmaqalda xüsusi xidmət orqanlarının 12 əməkdaşının iştirak etdiyi məlum olub. Onların hamısı Kolumbiyadan geri qaytarılıblar.

Barak Obamanın mühafizə xidməti ətrafında yaranmış qalmaqal sammitə gələn diplomatlar və tədbirin keçirildiyi Kartaxena şəhəri sakinlərinin əsas müzakirə mövzusuna çevrilib. Yerli əhali insidentin bu kurort şəhərinin imicinə mənfi təsir göstərə biləcəyindən narahatdırlar.

Yerli polis əməkdaşlarından biri bildirib ki, cangüdənlərdən biri fahişəni otağına qeydiyyatsız aparmaq istəyib və bu zaman xidməti vəsiqəsindən istifadə edib

“Associated Press”in məlumatına görə, seks qalmaqalından sonra Barak Obamanın mühafizə xidmətindəki bir çox kişiləri ispan dilində danışan qadınlar əvəzləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar