Barak Obamanın atası ölüb
29 Noyabr 2012 Cümə Axşamı 21:02
ABŞ prezidentini oğulluğa götürən hindu qəbiləsinin başçısı vəfat edib.
ABŞ-da “qırmızı dərili” hindu qəbiləsinin qocaman başçısı vəfat edib. ANS PRESS-in məlumatına görə, bu, 2008-ci ildə prezidentliyə namizəd olarkən indiki Amerika dövlət başçısı Barak Obamanı oğulluğa götürən 78 yaşlı Hartfor “Sonni”dir. O, pnevmaniya və emfizemadan əziyyət çəkirdi.

Belə ki, 2008-ci ildə seçkiöncəsi kampaniya zamanı Montana ştatına səfəri zaman Obama qəbilənin ailə üzvlüyünə götürülmə ayinində iştirak edib. O zaman indiki prezidentə “bu dünyada insanlara kömək edən şəxs” adı verilmişdi.

Ancaq bu adın olduqca uzun və tələffüz üçün çətin olduğundan Obama və onun ailəsi ona “Qara qartal” adının verilməsi ilə razılaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar