Barak Obamanı “Facebook”da tənqid edən serjant ABŞ ordusundan qovuldu
26 Aprel 2012 Cümə Axşamı 01:02
Geri Stayn hərbçilərin bəyanat vermək hüquqlarını məhdudlaşşdıran qaydaları pozmaqda təqsirləndirilib.
ABŞ prezidenti Barak Obamanı özünün “Facebook” səhifəsində tənqid edən serjant Amerika ordusundan xaric edilib. ANS PRESS xəbər verir ki, məlumatı “Associated Press” agentliyi dəniz piyadaları komandanlığının qərarına istinadən yayıb. Serjant Pentaqonun hərbçilərin bəyanatlarla çıxış etmək hüquqlarını məhdudlaşşdıran qaydalarını pozduğuna görə ordudan kənarlaşdırılıb.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin İntizam Şurası Geri Staynı güzəştləri saxlanılmadan xidmətdən xaric edilməsi barədə tövsiyə vermişli. Serjantın işi ilə bağlı yekun qərarı onun birbaşa komandanlığı verməliydi.

Geri Stayn “Facebook”dakı şərhlərində bəyan etmişdi ki, əgər Barak Obama ilə razılaşmasa, onun əmrlərini yerinə yetirməkdən imtina edəcək. O, Barak Obamanın fotolarının üstünə fotoredaktor vasitəsilə təhqiramiz ifadələr yazıb və onları da sosial şəbəkədəki səhifəsinə yerləşdirmişdi.

Serjant dəfələrlə bəyan edib ki, paylaşdığı şərhlər onun şəxsi fikirləridir. Bununla belə, onun bu hərəkəti intizam pozuntusu kimi qiymətləndirilib.

Hələ vətəndaş müharibəsi illərindən ABŞ-da hərbçilərə hansısa siyasi partiyanı dəstəkləmək və ya pisləmək, yüksək komandanlığı, o cülədən, ölkə prezidentini tənqid etmək qadağan olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar