Bu gün ABŞ prezidenti Barak Obama xalqa telemüraciət edib. Ağ ev rəhbəri səhiyyə sahəsində çalışanları ayıq-sayıqlığı artırmağa çağırıb. Bu barədə məlumatı "İnterfaks" agentliyi yayıb. O, "donuz qripi"nin qarşısının alınmasında xalqı birgə fəaliyyət göstərməyə səsləyib.
Prezident müraciətində «donuz qripi» xəstəliyinə yoluxmuş və müalicə olunmaq üçün Meksikadan Texas ştatına gələrək burada dünyasını dəyişmiş azyaşlının ailəsinə də başsağlığı verib./ANS PRESS/