Barak Obama ve xanımı Mişel Obamanın gelirleri azalıb
16 May 2013 Cümə Axşamı 08:17
ABŞ prezidenti və xanımının əmlak bəyanamələri açıqlanıb.
Amerika prezidenti Barak Obama və xanımı Mişel Obamanın əmlak bəyannamələri açıqlanıb. Məlum olub ki, Obamaların gəlirləri ötənilki ilə müqayisədə xeyli azalıb. Məsələn ötən il onlar 2,6-8,3 milyon dollarlıq var-dövlətə sahib olduqları halda bu il onların əmanətləri 1,9-6,9 milyon dollar civarında olub. Ötən il onlar cəmi 608 min dollar qazana biliblər. Cütlük mühafizəkar sərmayə strategiyasını seçib.
Belə ki, Obama JPMorgan Chase bankında cari hesabında 515 min dollar saxlayır. Daha 5 milyon dollar ABŞ-ın yüksək etibarlı, amma azgəlirli qiymətli kağızlarında saxlanılır.
Prezident əvvəlki kimi 2005-ci ildə götürdüyü 30 illik ipoteka kreditini ödəyir. Qızları Saşa və Maliyanın ali təhsili üçün isə 400 min dollar ayırıblar. Hazırda ABŞ prezidentinin illik maaşı 400 min dollardır.
DOSTLARINLA PAYLAŞ: