Barak Obama Üsəma bin Ladeni öldürənlərlə görüşdü
07 May 2011 Şənbə 03:02
“Bin Ladenə qarşı əməliyyat nəticəsində “Əl Qaidə”nin “kəlləsi vuruldu””.
ABŞ prezidenti Barak Obama mayın 1-də Pakistanda “Əl Qaidə” lideri Üsəma bin Ladenin öldürülməsi ilə nəticələnən əməliyyatla iştirak edən Amerika xüsusi təyinatlıları ilə görüşüb. O, “uğurlu yerinə yetirilən iş”ə görə xüsusi təyinatlılara minnətdarlıq edib.
Kentukki ştatındakı Fort-Kempbell bazasında hərbçilər qarşısında çıxış edən ABŞ prezidenti bəyan edib ki, Üsəma bin Ladenə qarşı əməliyyat nəticəsində “Əl Qaidə”nin “kəlləsi vurulub”. Barak Obama əmin edib ki, Birləşmiş Ştatlar terrorçuluq üzərində tam qələbə qazanacaqlar.
Barak Obama yayda Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanılacağını təsdiqləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: