Barak Obama Suriya prezidentini istefaya çağırdı
14 İyun 2011 Çərşənbə Axşamı 02:04
Ağ ev Suriyada dinc aksiyaların dağıdılmasını pisləyib
ABŞ prezidenti Barak Obama suriyalı həmkarı Bəşər Əsədi demokratik islahatların keçirilməsindən imtina edəcəyi təqdirdə istefa verməyə çağırıb. Bunu Ağ evin mətbuat katibi Cey Karni deyib. Bununla yanaşı, ABŞ rəhbərliyi Suriyanın təhlükəsizlik zidmətləri tərəfindən hökumət əleyhinə dinc aksiyaların dağıdılmasını qətiyyətlə pisləyib.
Suriya ordusu yunun 10-da Türkiyə ilə sərhəddə yerləşən İdlib əyalətində müxalifətə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Hüquq müdafiəçilərinin məlumatına görə, martın ortalarında başlayan kütləvi etiraz aksiyaları zamanı ölənlərin mülki şəxslərin sayı 1200-ü ötüb.
DOSTLARINLA PAYLAŞ: