Barak Obama “soyqırımı” ifadəsini işlətmədi
24 Aprel 2011 Bazar 04:03
ABŞ prezidenti Barak Obama Osmanlı imperiyasında baş verənləri “Böyük fəlakət” adlandırıb.
ABŞ prezidenti Barak Obama 20-ci əsrin əvvəllərində Osmanlı imperiyasında ölən ermənilərin xatirəsini yad edib. Amma o baş verənləri “soyqırımı” adlandırmayıb. Birləşmiş Ştatların prezidenti ötən il ooduğu kimi bu dəfə də açıqlamasında “Meds Yeghern” (Böyük fəlakət) deyib.
Barak Obama qeyd edib ki, “96 il əvvəl baş verən” hadisələr təkrarlanmamalıdır. O, Türkiyə və Ermənistanı barışığa çağırıb.
Amerikadakı radikal erməni təşkilatı - Amerika Erməni Milli Komitəsi (ANCA) Barak Obamanın müraciətindən dərhal sonra yazılı açıqlama ilə çıxış edib. Açıqlamada deyilir ki, “Barak Obama prezident seçilməzdən əvvəl soyqırımını tanıyacağını vəd etsə də, seçildikdən sonra bu mövzuda yayındırıcı ifadələrdən istifadə edir”. ANCA hesab edir ki, Barak Obama Türkiyənin təhdidrinə təslim olub. anspress
DOSTLARINLA PAYLAŞ: