Barak Obama siyasi rəqibini qolf oynamağa çağırdı
19 İyun 2011 Bazar 00:22
ABŞ prezidenti Barak Obama belə qeyri-adi yolla siyasi mübahisələri həll etməyə çalışır.
ABŞ prezidenti Barak Obama Nümayəndələr Palatasının respublikaçı spikeri Con Boneri qolf oynamağa çağırıb. Dövlət başçısı bu cür qeyri-adi yolla respublikaçı konqresmenlərin Ağ Evin büdcə siyasəti ilə bağlı münaqişəni yoluna qoymağa çalışır.
Siyasi liderlər arasında oyun Endrüs aviabazasının ərazisində qolf meydançasında keçiriləcək. Ağ Evin nümayəndəsi Cey Karninin sözlərinə görə, oyun zamanı rəqiblərin respublikaçıların israr etdiyi borc limitinin ləğvi barədə razılığa gələ bilməsi az ehtimal olunur.
Lakin sərbəst atmosferdə keçirilən görüş Barak Omaba və Con Boner arasında işgüzar əlaqələri yaxşılaşdıra bilər. “Təbii ki, onlardan biri hədsiz böyük hesabla qalib gəlməsə”, - deyə Cey Karni zarafatla bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: