Barak Obama seksual komplimentə görə prokurordan üzr istədi
06 Aprel 2013 Şənbə 02:53
ABŞ prezidenti Kamala Harrisi “baş prokurorların ən cazibədarı” adlandırmışdı.
ABŞ prezidenti Barak Obama Kaliforniya ştatının baş prokurorundan onu “baş prokurorların ən cazibədarı” adlandırdığına görə üzr istəyib. ANS PRESS-in İTAR-TASS-a verdiyi məlumata görə, bunu Ağ evin mətbuat katibi Cey Karni bildirib.
Barak Obama San-Fransisko yaxınlığında Demokratik Partiyanın seçki fonduna vəsait toplanması mərasimində çıxış edib. O, çıxışı zamanı Kaliforniyanın baş prokuroru Kamala Harrisə kompliment edib və onu “ölkədə prokurorların ən cazibədarı” adlandırıb.
Barak Obamanın bu komplimenti birmənalı qarşılamayıb. Bəziləri onun sözlərini yersiz hesab edib. Hətta, bəzi KİV-lər Mişel Obamanın həyat yoldaşının ifadələrinə necə reaksiya verməsi ilə maraqlanıblar.
Bundan sonra Ağ ev özünə bəraət qazandırmalı olub. Barak Obama iqamətgahına qayıtdıqlar sonra Kamala Harrisə zəng edib və ondan üzr istəyib.