Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama iyul ayında Rusiyaya səfər edəcək. ANS PRESS-in CNNTürk-ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Dmitri Medvedev «Böyük iyirmiliy»in Londondakı sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə görüşü zamanı razılıq əldə edilib.
Qeyd edək ki, iki liderin dünən baş tutan görüşdən sonra birgə qəbul etdiklıri bəyanatda bildirlir ki, rəsmi Vaşinqtonla Moskva arasında Avropada raketdən müdafiə sisteminə dair fikir ayrılıqları olsa da, raketdən müdafiə sisteminə dair beynəlxalq fəaliyyət müzakirə edilməlidir. "Biz bu ərazilərdə beynəlxalq fəaliyytə dair bərabərhüquqlu imkanları müzakirə etdik. Prezidentlərin qənaətinə görə, bu qarşılıqlı fəaliyyət raket zərbələri və təhdidlərə dair birgə fikir mübadiləsi aprılmalı, Rusiya və ABŞ-ın, eləcə də bu dövlətlərin əməkdaşlarının təhlükəsizliynin təminatına yönəlməlidir./ANS PRESS/