Barak Obama qızını təhlükəyə atdı
16 Avqust 2010 Bazar Ertəsi 14:40
Prezident Saşa ilə ekoloji təhlükəli Meksika körfəzində üzdü.
ABŞ prezidenti Barak Obama ölkə turizminin zərbə almaması və əhalinin tətillərini Floridada davam etdirməsi üçün bölgədə kiçik bir tətil keçirib. Yerli mətbuatın yazdığına görə, Birləşmiş Ştatlar prezidenti qızı Saşa ilə neft platformasında qəzanın baş verdiyi və ekoloji fəlakətin yarandığı Meksika körfəzində üzüb.

Xatırladaq ki, “BP” tərəfindən körfəzdə istifadə edilən “Deepwater Horizon” platforması aprelin 22-də ABŞ-ın Luiziana ştatının yaxınlığındakı sahildə 36 saatlıq yanğından sonra partlayaraq batıb. Neft sızması isə bundan sonra başlayıb və ABŞ-ın Luiziana, Alabama, Missisipi ştatlarına ziyan vurub. Platformanın sahibi “Transocean” şirkətidir ki, “BP” ilə birgə müqavilə əsasında körfəz sularında qazma əməliyyatları aparır.

Artıq suya axıdılan neft sızmasının qarşısını almaq üçün ABŞ milli qvardiyasının, Sahil mühafizəsinin və Mineral ehtiyatlar üzrə idarəetmə xidmətinin əməkdaşları cəlb olunub. Bundan başqa, su sahəsinin təmizlənməsinə 930 gəmi və “BP”-nin 19 min əməkdaşı da cəlb olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar