Barak Obama Novruz təbrikini çatdırdı
21 Mart 2011 Bazar Ertəsi 21:24
ABŞ Dövlət katibi Hillari Klinton da hökumət adından Novruz bayramı münasibətilə təbirklərini səsləndirdi.
ABŞ prezidenti Barak Obama Novruz münasibətilə bu bayramı Amerikada və bütün dünyada qeyd edən millətlərə təbriklərini çatdırıb. Hər il olduğu kimi, Ağ Evin başçısı fürsətdən istifadə edərək İran xalqına müraciət edib, onlara azadlıqlarının qorunması uğrunda mübarizədə mənəvi dəstək verəcəyini bildirib.
Dövlət katibi Hillari Klinton da ABŞ hökuməti adından Novruz bayramı münasibətilə təbirklərini çatdırıb. Amerikada və digər yerlərdə Novruzu baryam edən millətlərə, o cümlədən azərbaycanlılara, əfqanlara, kürdlərə, iranlılara və Mərkəzi Asiya milllətlərinə ən xoş arzularla müraciət edən H.Klinton bildirib ki, minilliklər boyu Novruz ailə və dostların bir araya gələrək Yeni ili qeyd etmək məqamı olub. Novruzun bir çox zəngin ənənələləri arasında yeniləşmə və xoşbəxtliyə can atma bütün insanlar tərəfindən dəstəklənən dəyərlərdir.
Dövlət katibi qeyd edib ki, bu il, bizə Yaxın Şərqdə baş verən hadisələrə nəzər salmağa imkan verir. ABŞ bölgənin çox hissəsində şahidi olduğu insan haqları və ləyaqətinin müdafiəsinin ifadə olunması üçün keçirilən dinc nümayişləri alqışlayır.
H.Klinton, yeni Novruzun yeni ümid və hər bir insanın haqqı olan azadlıqların qorunmasında yeni öhdəliklər gətirəcəyini arzu edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: