Barak Obama müsəlmanları təbrik etdi
31 Avqust 2011 Çərşənbə 02:28
ABŞ prezidenti Barak Obama təbrik ismarışında da ərəb dünyasındakı tarixi hadisələrə toxunub.
ABŞ prezidenti Barak Obama Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edib. O, müraciətində ərəb dünyasında repressiya rejimlərinə qarşı azadlıq hərəkatlarına dəstəyini bir daha xatırladıb
“Bu il bir çoxları əsas ehtiyüacları və funamental azadlıqlarının təminina nail olmaq üçün şücaət, dözüm nümayiş etdirdi. Birləşmiş Ştatlar onların tərəfində olmaqda davam edəcək, Afrika buynuzundakı ac körpə, yaxud Yaxıq Şərq və Şimali Afrikada azadlıq tələb edən gəncdən asılı olmayaraq, hər kəsin şərəf və hüququnda israr göstərəcək”, - Barak Obamanın təbrikində deyilir.
Barak və Mişel Obamanın müsəlmanlara təbriki ərəbcə “Eyd Mübarək” (Bayramınız mübarək) sözləri ilə bitir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: