Barak Obama müsəlman iş adamlarını Vaşinqtona toplayacaq
06 Mart 2010 Şənbə 03:10
ABŞ administrasiyası İslam ölkələrindən olan sahibkarların iştirakı ilə biznes-sammit keçirmək niyyətindədir
ABŞ administrasiyası aprelin 26-27-də Vaşinqtonda İslam ölkələrindən olan sahibkarların iştirakı ilə biznes-sammit keçirəcək. Məlumatı Ağ Evin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki. biznes-sammiti prezident Barak Obama, Dövlət Departamenti və Ticarət Nazirliyi təşkil edir. Tədbirdə beş qitənin 40-lan artıq ölkəsindən olan iş adamları iştirak edəcəklər.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama 2009-cu ilin iyununda Qahirədə bəyan etmişdi ki, ABŞ-ın İslam dünyası ilə əməkdaşlığını dərinləşdirilməsi yollarını axtarmaq üçün biznes-sammit keçirmək niyyətindədir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar