ABŞ prezidenti Barak Obama bu gün Moskvaya gəlib. Vesti-nin məlumatına görə, ABŞ prezidentini xanımı, 11 və 7 yaşlı qızları müşayiət edir.
Məlumata görə, Obama hava limanından birbaşa Kremlə yollanıb. Burada o, naməlum əsgərin qəbrinə çələng qoyacaq, sonra isə Rusiya prezidenti Dmitri Medvedev ilə danışıqlara başlayacaq.
Əvvəlcə kiçik tərkibdə yalnız xarici siyasət üzrə köməkçilərin və xarici işlər nazirlərinin iştirakı ilə kiçiktərkibli, sonra isə hər iki ölkədən nümayəndələrin iştirakı ilə geniştərkibli danışıqlar keçiriləcək. /ANS PRESS/