Bu gün Misirdə səfərdə olan ABŞ prezidenti Barak Obama Qahirədəki ən gözəl abidələrdən biri hesab edilən Sultan Hüseyn məscidini ziyarət edib. Misir televiziyalarında canlı yayımlanan ziyarətdə onu dövlət katibi Hillari Klinton və misirli ekskursiya rəhbərliyi müşayiət edib.
Qeyd edək kİ, Sultan Hüseyn məscidi İslam dünyasının ən gözəl memarlıq abidələrindən biri hesab edilir. Onun inşasına 1356-cı ildə başlanılıb.
Xatırladaq ki, Obama məscidə Qahirə universitetindəki müsəlmanlara edəcəyi müraciətindən öncə gəlib. Onun müraciətində ABŞ ilə İslam ölkələri arasında yeni səhifə açmaq niyyətini dilə gətirəcəyi gözlənilir.
Ağ ev rəhbərinin bu gün həmçinin Misirdəki piramidalarda da olacağı gözlənilir.
Hazırda Barak Obama Qahirə universitetində müsəlman dünyasına müraciət edir. /ANS PRESS/