Barak Obama Milad yolkasının işıqlarını yandırdı
04 Dekabr 2009 Cümə 04:45
“Milad gününün tarixi xristianlara məxsus olsa da, o eyni zamanda ümumi bayramdır”
ABŞ prezidenti Barak Obama Ağ Ev qarşısında Vaşinqtonun əsas yolkasının işıqlarını yandırıb. “Milad gününün tarixi xristianlara məxsus olsa da, o eyni zamanda ümumi bayramdır”-deyən ABŞ prezidentinin fikrincə, Milad bayramı ilk növbədə insanlara bir-birini, yaxınlarını sevməyi, qorumağı xatırladır.
Barak Obama ilk növbədə evindən kənarda hərbi xidmətdə olanları Milad bayramı münasibətilə təbrik edib: “Bizim fikrimiz və dualarımız evindən uzaqda olanlarladır”. Sonra Birləşmiş Ştatlar prezidenti özü, həyat yoldaşı, qızları və qaynanasının adından xalqı Milad bayramı münasibətilə təbrik edib. Beşdən birədək geriyə sayan ABŞ prezidenti və ailə üzvləri düməni basıblar və yolkanın işıqları yanıb.
Qeyd edək ki, ABŞ-da Milad yolkasının işıqlarının yandırılması mərasimi 1923-cü ildən keçirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: