Barak Obama məzuniyyətə gedir
18 Avqust 2011 Cümə Axşamı 04:17
ABŞ-ın birinci ailəsi istirahət ənənəsini pozmayacaq
ABŞ prezidenti Barak Obama bu gündən məzuniyyətə çıxır. O, yaxın on günü yaxınları ilə birlikdə istirahət edəcək. Birləşmiş Ştatların birinci ailəsi ənənəsinə qalacaq və Massaçusets ştatı yaxınlığındakı Martas-Vinyard adasında dincələcək. “Vaşinqton post” qəzetinin məlumatına görə, prezident ailəminin kirayələdiyi yerin bir həftəlik kirayə qiyməti 50 min dollara yaxındır. Bu məbləğin bir hissəsini Brak Obama cibindən ödəyəcək.
Ağ evin rəsmi nümayəndəsi Cey Karni bildirib ki, Barak Obama istirahət zamanı da işdən ayrılmayacaq. O, Ağ evlə daim təmasda olacaq və milli təhlükəsizlik üxrə müşavirlərindən, o cümlədən, iqtisadi komandasından hesabatlar alacaq. Ehtiyac yaransa, Barak Obamanın Vaşinqtona qayıtması da mümkündür.
DOSTLARINLA PAYLAŞ: