Barak Obama İŞİD açıqlaması
09 Avqust 2014 Şənbə 22:46
İŞİD üzərində qələbə üçün İraq hakimiyyətinin birliyi lazımdır.
“ABŞ qoşunları tələb olunan vaxtadək zərbələr vurmağa davam edəcək, amma "İslam dövləti" qruplaşmasının üzərində qələbə üçün İraq hakimiyyətinin birliyi lazımdır”, - deyə ABŞ prezidenti Barak Obama bildirib.

Televiziya ilə müraciətində Obama İraq hökumətinə yenidən ölkənin bütün etnik və dini azlıqlarının nümayəndələrini birləşməyə çağırıb.

ABŞ prezidenti Fransua Olland və Devid Kemeronla telefon söhbətlərində Fransanın və Böyük Britaniyanın liderləri ona İraqın şimalında humanitar əməliyyata qoşulmağa hazır olduqlarını bildiriblər.

Obamanın sözlərinə görə, müttəfiqlərlə birlikdə o, İraqda dağlarda kürd-yezitlər üçün "təhlükəsiz dəhliz" yaradılması imkanına baxır.

Hal-hazırda yezitlərin böyük icması dağlıq yerdə ərzaq və susuz qalır.

Obamanın sözlərinə görə, dəhlizin yaradılmasına vaxt lazım ola bilər. Həmin vaxtadək ABŞ yezitlərə havadan humanitar kömək edəcək.








DOSTLARINLA PAYLAŞ:

oyunlar