Barak Obama İrandakı terroru pislədi
17 İyul 2010 Şənbə 01:45
Barak Obama: “Dinc sakinlərin dini ayinləri yerinə yetirdiyi yerdə öldürülməsi cinyətdir və bununla barışmaq olmaz”.
ABŞ prezidenti Braak Obama cümə axşamı İranda baş vermiş terror aktlarını qəti şəkildə pisləyib. Onun fikrincə, terror hücumlarının təşkilatçıları məsuliyyətə cəlb olunmalıdırlar: “Mən İranın cənub-qərbində məsciddə törədilmiş dəhşətli terror aktlarını qətiyyətlə pisləyirəm. Dinc sakinlərin dini ayinləri yerinə yetirdiyi yerdə öldürülməsi cinyətdir və bununla barışmaq olmaz. Bu işdə əli olanlar məsuliyyətə cəlb edilməlidirlər”. Barak Obama bildirib ki, Birləşmiş Ştatlar həlak olanların yaxınlarına və ailə üzvlərinə, eləcə də partlayışlar zamanı xəsarət alanlara dəstəyini ifadə edir. Qeyd edək ki, bundan əvvəl ABŞ-ın dövlət katibi Hillari Klinton da İranın Hahedan şəhərindəki törədilmiş terror aktını pisləyən bəyanatla çıxış edib.

Partlayışlara görə məsuliyyəti “Cundulla” (Allahın döyüşçüləri) qruplaşması öz üzərinə götürüb. İran mənbələrinin məlumatına görə, bu qruplaşma “Əl Qaidə” ilə sıx əlaqədədir. Qruplaşmanın “Əl Ərəbiyyə” telekanalı vasitəsilə yayılan bəyanatında deyilir ki, partlayışlar “Cundulla” lideri Əbdülmalik Riqinin iyunda İranda məhkəmənin qərarı ilə asılmasının qisasıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar