Barak Obama İrana qarşı sanksiyalara razılaşdı
16 Dekabr 2011 Cümə 01:51
Barak Obama İrana qarşı sanksiyalara razılaşdı. ABŞ İran iqtisadiyyatına zərbə vuran addımlara hazırlaşır.
ABŞ prezidenti Barak Obamanın Administrasiyası İranın Mərkəzi Bankına qarşı iqtisadi sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəkləməyə hazır olduğunu bəyan edib. Məlumatı “Associated Press” agentliyi yayıb. Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland bildirib ki, hazırda ABŞ administrasiyası İran iqtisadiyyatına zərbə vuran, lakin ABŞ və müttəfiqlərinin iqtisadiyyatına ziyan verməyən sanksiyaların tətbiqinə hazırlaşır.
Qeyd edək ki, Senatda qəbul edilməsinə baxmayaraq, əvvəllər Barak Obama qanun layihəsini təsdiqləməkdən imtina edirdi. Obama administrasiyası Senatı qanun layihəsinin mümkün nəticələri - neftin qiymətinin artması, İrandan neft nəql edən müttəfiq ölkələr üçün iqtisadi çətinliklər və s. barədə xəbərdar etmişdi.
DOSTLARINLA PAYLAŞ: