Barak Obama İlham Əliyevi 50 illik yubileyi münasibətilə təbrik edib
23 Dekabr 2011 Cümə 18:04
"Qarabağ münaqişəsinin sülh yolu ilə tam həllinə nail olunması kimi bir çox məsələlərdə bundan sonra da sıx əməkdaşlığımızı davam etdirəcəyik".
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 50 illik yubileyi münasibətilə təbrik edib. ANS PRESS-in məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Sizi anadan olmağınızın 50 illiyi münasibətilə təbrik edirəm. Keçən ilin avqust ayında 50 illiyimlə bağlı göndərdiyiniz təbrik məktubundan məmnun oldum. Bu, həqiqətən də mühüm yubileydir və ümidvaram ki, Siz də mənim kimi bu doğum gününüzü ailənizlə, yaxın dostlarınızla birlikdə qeyd edəcəksiniz.

Ölkələrimiz arasında ümumi maraqlara və qarşılıqlı hörmətə əsaslanan güclü əlaqələr qurulub və mən həyati əhəmiyyətli tərəfdaşlığımızın möhkəmləndirilməsinə tam sadiqəm. Biz ölkələrimizin səyləri ilə Avropanın enerji təchizatının şaxələndirilməsi, demokratik və iqtisadi islahatların aparılması, regional təhlükəsizliyin gücləndirilməsi, xüsusilə də, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tam həllinə nail olunması kimi bir çox məsələlərdə bundan sonra da sıx əməkdaşlığımızı davam etdirəcəyik.

Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, Sizə və ailənizə Yeni İldə ən xoş arzularımı diləyirəm".


DOSTLARINLA PAYLAŞ:

oyunlar