Barak Obama ikinci dəfə prezident olmaq istəyir
21 Yanvar 2011 Cümə 10:55
ABŞ-ın dövlət başçısı Barak Obama 2012-ci il prezident seçkisində yenidən namizədliyini irəli sürəcək.
ABŞ dövlət başçısı Barak Obama 2012-ci ildə ölkədə keçiriləcək prezident seçkisinə yenidən namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə Ağ evin mətbuat katibi Robert Gibbs bəyan edib.
Onun sözlərinə görə, Obamanın prezident kampaniyasının baş qərərgahı Çikaqoda olacaq və ona Prezident Administrasiyası rəhbərinin müavini Cim Messina başçılıq edəcək.
Demokrat namizəd Obamanın yenidən seçilmək üçün əsas prioritetləri səhiyyə sahəsində mübahisəli islahatlar, qoşunların İraqdan çıxarılması, ABŞ hərbi missiyasının Əfqanıstanda saxlanılması və Obama administrasiyasının dünya iqtisadi böhranı zamanı fəaliyyəti olacaq.
Xatırladaq ki, Barak Obama 2 il öncə prezident seçilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: