Barak Obama Hüsnü Mübarəki vədlərini yerinə yetirməyə çağırdı
29 Yanvar 2011 Şənbə 04:00
“Misir şəhərlərinin küçələrində etiraz edənlər də özlərini sakit aparmalıdırlar”.
ABŞ prezidenti Barak Obama Misirdəki vəziyyətlə bağlı bəyanatla çıxış edib. O, bu ölkənin lideri Hüsnü Mübarəki istefaya verməyə çağırmayıb: “Mən Misir hakimiyyətini etiraz aksiyası iştirakçılarına qarşı zor tətbiq etməməyə çağırıram. O cümlədən, internetin fəaliyyətinə olan maneələrdən çəkinməyə çağırrıram”.
“Misir şəhərlərinin küçələrində etiraz edənlər də özlərini sakit aparmalıdırlar”, - deyən Barak Obama bəyan edib ki, Misir ABŞ-ın vacib müttəfiqidir.
Barak Obama məlumat verib ki, Hüsnü Mübarəklə telefon əlaqəsi saxlayıb. Misir prezidenti söz verib ki, ölkədə siyasi və iqtisadi islahatlar davam etdiriləcək. ABŞ prezidenti misirli həmkarını vədinə əməl etməyə çağırdığını da bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: