Barak Obama Həmid Kərzayla danışıb
21 Fevral 2012 Çərşənbə Axşamı 03:23
Telefon danışığının əsas mövzusu Əfqanıstandakı siyasi vəziyyət və “Taliban”la münaqişənin nizamlanması olub
ABŞ prezidenti Barak Obama və Əfqanıstanın dövlət başçısı Həmin Kərzay arasında telefon danışığı olub. ANS PRESS xəbər verir ki, məlumatı Ağ evin mətbuat xidməti yayıb.
Liderlər arasında danışıqların əsas mövzusu Əfqanıstandakı siyasi vəziyyət və “Taliban”la hakimiyyət arasında münaqişənin nizamlanması olub. Telefon danışığı Pakistanın paytaxtı İslamabadda Əfqanıstan, Pakistan və İran prezidentlərinin iştirakı ilə keçirilən üçgünlük sammitdən sonra baş tutub.
Qeyd edək ki, bir müddət əvvəl Əfqanıstan və ABŞ hakimiyyət nümayəndələri, eləcə də, “Taliban” təmsilçiləri arasında üçtərəfli danışıqlar aparılıb.
DOSTLARINLA PAYLAŞ: