Barak Obama Havay adalarına məzuniyyətə gedir
23 Dekabr 2010 Cümə Axşamı 01:45
ABŞ prezidənti ikinci ildir ki, Milad tətilini bir neçə günlüyə təxirə salmalı olur
ABŞ prezidenti Barak Obama bu gün yerli vaxtla saat 16.15-də (Bakı vaxtilə saat 01.15) keçirdiyi mətbuat konfransından sonra Milad tətilinə çıxıb. Məlumatı Ağ Evin mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, ABŞ prezidenti bir neçə saat sonra Havay ştatındakı Honoluluya yola düşəcək.

Barak Obama hər qış doğma ştatına istirahətə gedir. Amma artıq iki dəfədir səfərini təxirə salmalı olub. Ötən il o məzuniyyətini ABŞ Senatının səhiyyə imlahatları ilə bağlı sənədi ratifikasiya edənədək təxirə salmışdı. Bu il isə Rusiya ilə strateji hücum silaşlarının azaldılması ilə bağlı yeni müqavilənin ratifikasiyasını gözləməli oldu.

Havay adalarında dövlət başçısını həyat yoldaşı Mişel, qızları Maliya və Saşa gözləyir. Onlar ötən istirahət günlərində məzuniyyətə yola düşüblər.

Barak Obama Honoluluda 6 yaşınadək yaşayıb. Sonra anası və ögey atası onu özləri ilə İndoneziyaya aparıblar. 1971-ci ildə 10 yaşlı Barak Obama vətəninə qayıdıb və məktəbi bitirənədək Havayda babak-nənəsinin yanında qalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar