Barak Obama dövlət katibi vəzifəsinə Con Kerrinin namizədliyini irəli sürdü
22 Dekabr 2012 Şənbə 01:01
O, vaxtilə prezident seçkilərində Corc Buşun rəqibi olub
ABŞ prezidenti Barak Obama Massaçusets ştatından olan senator Con Kerrinin dövlət katibi postuna namizədliyini rəsmən açıqlayıb. ANS PRESS xəbər verir ki, məlumatı Reuters agentliyi yayıb.
Əvvlcə hesab edilir ki, Con Kerri Pentaqon rəhbəri vəzifəsinə namizəddir. Analitiklər dövlət katibi postuna ən real namizəd kimi BMT-dəki daimi nümayəndə Süzan Raysın adını çəkirdilər. Lakin diplomat qadının adı Liviyadakı Amerika səfirinin güllələnməsi ilə bağlı qalmaqala qarışdı. Bir sıra respublikaçılar bəyan etdilər ki, Süzan Rays Barak Obamanın yenidən prezident seçilməsinə kömək üçün cəmiyyətə qəsdən yalan məlumatlar verib.
Bir həftə əvvəl Süzan Rays dövlət katibi vəzifəsinə iddiasının olmadığını bildirdi. O, bunu belə əsaslandırdı ki, onun dövlət katibi vəzifəsinə təsdiqlənməsi proseduru uzun çəkə bilər və bu, ABŞ-ın daxili və dünya arenasında maraqlarına zərərlidir.
Con Kerrinin gözünün dövlət katibi vəzifəsində çoxdan olduğu bildirilir. Lakin dörd il əvvəl Barak Obama bu vəzifəyə praymerizdəki rəqibi Hillari Klintonun namizədliyini irəli sürdü.
2004-cü ildə Con Kerri prezidentliyə namizəd idi. O, seçkilərdə Corc Buşa məğlub oldu.
DOSTLARINLA PAYLAŞ: