Barak Obama Dalay Lama ilə görüşüb
17 İyul 2011 Bazar 14:55
Barak Obama Dalay Lama ilə görüşüb. ABŞ prezidenti Çinin təzyiqlərinə məhəl qoymayıb.
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama, Çin rəhbərliyinin bütün təzyiqlərinə rəğmən, Tibet dindarlarının lideri Dalay Lama ilə Ağ Evdə görüşüb. Bağlı qapı arxasında 45 dəqiqə davam edən görüş adəti üzrə Oval otaqda deyil, başqa məkanda - Kartoqrafiya otağında baş tutub. Bununla da, Vaşinqton Tibet buddistlərinin liderinin ABŞ-a bir siyasətçi kimi deyil, dini sima, hətta şəxsi qonaq kimi gəldiyinə diqqət çəkmək istəyib.

Qeyd edək ki, Çin Dalay Lamanın xarici ölkə rəsmiləri ilə hər növ ünsiyyətinə qarşı çıxır. ABŞ prezidenti isə Tibeti Çinin tərkib hissəsi hesab etdiyini və bu regionun müstəqilliyini dəstəkləmədiyini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar