Barak Obama bu gün Havay adalarına istirahətə gedir
24 Dekabr 2009 Cümə Axşamı 04:45
ABŞ prezidenti Barak Obama və ailəsinin istirahəti yanvarın 3-dək davam edəcək
ABŞ prezidenti Barak Obama bu gün Havay adalarına məzuniyyətə gedir. Ağ Evin rəsmi məlumatında deyilir ki, Obama ailəsi Havay adalarında 3 yanvar 2010-cu ilədək qalacaq. Birləşmiş Ştatlar prezidentinin orada heç bir ictimai tədbirdə iştirakı planlaşdırılmır.
Barak Obama ötən qış da məzuniyyətini Havay adalarında keçirmişdi. O orada yalnız istirahətlə və sevimli qolf oyunu ilə kifayətlənməmiş, ABŞ hərbi dəniz bazasını da ziyarət etmişdi.
ABŞ prezidentinin yay istirahəti isə baş tutmamışdı. Barak Obama istirahətini Martas-Vinyard adasında (Massaçusets) ştatında keçirsə də, iki dəfə məzuniyyətini yarımçıq qoymalı olmuşdu. Senator Edvard Kennedinin vəfatı da həmin dövrə təsadüf etmişdi və ABŞ prezidenti yaxın dostu ilə vidalaşmaq üçün Bostona getmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: