Barak Obama bu gün Ağ evdə iftar verəcək
14 Avqust 2010 Şənbə 04:30
Ziyafət süfrəsi rəsmi igamətgahın yemək salonlarından birində açılacaq.
ABŞ prezdenti Barak Obama müqəddəs ramazan ayı səbəbilə bu gün (13 avqust) Ağ evdə müsəlmanlara iftar yeməyi verəcək. ANS PRESS “Anadolu” agentliyinə (AA) istinadən xəbər verir ki, ziyafət süfrəsi rəsmi igamətgahın yemək salonlarından birində açılacaq.

Qeyd edək ki, Barak Obama ramazan ayının ilk günündə bütün Amerika xalqının adından özünün və həyat yoldaşının dili ilə müsəlmanların ramazan ayını təbrik etmiş, Ağ evdə iftar süfrəsi açdıracağını bəyan etmişdi.

Xatırladaq ki, Obama prezident seçildiyi ilk ramazanda da müqəddəs ay münasibətilə Ağ evdə müsəlmanlara ziyafət süfrəsi açdırmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar