Barak Obama böyük Corc Buşla görüşüb
31 Yanvar 2010 Bazar 03:05
Görüşdə Corc Buşun oğullarından biri-Florida ştatının keçmiş qubernatoru Ceb Buş da iştirak edib
ABŞ prezidenti Barak Obama Ağ Evdə ölkənin sabiq lideri böyük Corc Buşla görüşüb. Söhbət təxminən yarım saat davam edib. Görüşdə Corc Buşun oğullarından biri-Florida ştatının keçmiş qubernatoru Ceb Buş da olub.

Ağ Evdəki mənbələr bildiriblər ki, Barak Obama və böyük Corc Buş arasında görüşün xüsusi səbəbi olmayıb. Sadəcə olaraq, Texasda yaşayan Corc Buş paytaxta gəlibmiş və prezidentlə görüşmək istəyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar