Barak Obama bir gündə iki təyyarədə partlayıcı aşkarlandığını təsldiqlədi
30 Oktyabr 2010 Şənbə 02:50
“Təyyarələrdəki partlayıcılar Çikaqodakı sinaqoqlara ünvanlanmışdı və ABŞ üçün real terror təhlükəsi yaradırdı”.
ABŞ prezidenti Barak Obama Ağ Evdə keçirdiyi mətbuat konfransında Yəməndən təyyarə ilə Birləşmiş Ştatlara göndərilən bağlamalarda partlayıcının olduğunu təsdiqləyib. Onun sözlərinə görə, partlayıcılar Çikaqodakı sinaqoqlara ünvanlanıbmış və ABŞ üçün real terror təhlükəsi daşıyırmış. Barak Obama bəyan edib ki, ABŞ Yəmən hökuməti ilə “Əl Qaidə”nin bu ölkədəki özəklərinin məhvi üçün fəal əməkdaşlıq edəcək.
Qeyd edək ki, təyyarələrdəki partlayıcılar Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərinin hava limanlarında aşkarlanıb. Amerika hökuməti iddia edir ki, Dubay və Böyük Britaniya vasitəsilə ABŞ-a partlayıcı göndərilməsini “Əl Qaidə” terror şəbəkəsinin Yəməndəki qanadı təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: