Barak Obama Azadlıq medalının sahiblərini açıqladı
18 Noyabr 2010 Cümə Axşamı 02:40
Təltif edilənlər arasında keçmiş və hazırkı dövlət adamları, siyasətçilər, incəsənət xadimləri və hüquq müdafiəçiləri var.
ABŞ prezidenti Barak Obama Azadlıq medalının yeni sahiblərinin adlarını açıqlayıb. Birləşmiş Ştatların yüksək mülki mükafatına layiq görülənlərin siyahısı Ağ Evin rəsmi saytında yerləşdirilib. ABŞ prezidenti medalla 15 nəfəri təltif edib. Onların arasında keçmiş və hazırkı dövlət adamları, siyasətçilər, incəsənət xadimləri və hüquq müdafiəçiləri var.
Mükfata layiq görülənlər arasında Almaniyanın kansleri Angela Markelin adı xüsusi qeyd olunmalıdır. Müşyiət qeydində bildirilir ki, o, vahid Almaniyanın liderliyinə yüksələn ilk qadın və Qərbi Almaniyanın ilk yetirməsidir.
Barak Obama Azadlıq medalına ABŞ-ın 41-ci prezidenti Corc Buşu (ata) da layiq görüb. Hazırda həyatda olan dövlət xadimlərindən demokrat-konqressmen Con Luisin də adı medal alanların siyahısındadır.
Çin əsilli amerikalı violençel çalan Yo-Yo Ma, şairə və hüquq müdafiəçisi Mayya Ancelu, milyarder investor Uoren Baffet də Birləşmiş Ştatların ali mükafatına layiq görülüb. Siyahıda idmançılar da var: əfsanəvi basketbolçu Bill Rassell və beysbolçu Sten Mücel.
Azadlıq medalının verildiyi adamlardan yalnız oftaomoloq Tom Littl həyatda deyil. O, Əfqanıstanda bu ilin avqustunda “Taliban” döyüşçülərinin həkimlərə hücumu zamanı həlak olub.
Mükafatların təqdimat mərasimi 2011-ci ilin əvvəllərində Ağ Evdə keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: