Barak Obama Amerika ermənilərini məyus etdi
25 Aprel 2010 Bazar 01:05
ANCA: “Obama Türkiyənin təhdidləri qarşısında biabırçı şəkildə boyun əydi”.
Amerika Erməni Milli Konqresi (ANCA) Barak Obamanın 1915-ci il hadisələrini “soyqırımı” adlandırmamasından narazı qalıb. Təşkilat ABŞ prezidentinin yazılı açıqalmasını “Türkiyənin təhdidlərinə biabırçı şəkildə boyun əymək” kimi qiymətləndirib.

ANCA-nın bəyanatında deyilir: “Növbəti dəfə Türkiyənin təhdidləri qarşısında biabırçı şəkildə boyun əyən prezident Obama erməni genosidini tanıya bilmədi. O, insanlıq əleyhinə cinayəti xarakterizə etmək üçün evfemizm və qeyri-müəyyən terminlərdən istifadə etdi”.

Bəyanatda bildirilir ki, Barak Obamanın “soyqırımı” ifadəsini işlətməməsi Amerika ermənilərini məyus edib: “ABM-da və bütün dünyada erməni soyqırımının tanınmasına göstərilən səylərə baxmayaraq, Barak Obama yanlış seçim etdi”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar