Barak Obama Ağ evdə pivə hazırlayır
21 Sentyabr 2011 Çərşənbə 02:16
Prezident hərbçi qonağını “White House Honey Ale” adlanan pivəyə qonaq edib
Barak Obama növbəti dəfə tarixə düşüb. O, Ağ evdə pivə hazırlayan ilk ABŞ prezidentidir. Pivə hazırlanması üçün kiçik pivə aparatını prezident şəxsi vəsaiti hesabına alıb və quraşdırıb.

Barak Obamanın hazırladığı pivə “White House Honey Ale” adlanır və Ağ evdəki pətəklərdən toplanan baldan istifadə edilir.

Barak Obamanın pivəsindən ilk dadan Amerikanın hərbi qəhrəmanı, serjant Dakota Meyer olub.

Pivələrin 90 butulkadan ibarət ilk partiyasını Ağ Evdəki qəbullardan birində qonaqlara vermək istəyiblər. Lakin son anda yada düşüb ki, Barak Obamanın pivə istehsalı üçün lisenziyası yoxdur və pivələr masalardan yığışdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar