ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, prezident Barak Obama atalar dünü münasibəti ilə Ağ evin həyətində şagirdləri kababa qonaq edib. Kababı isə manqalda Barak Obama özü bişirib. O bu zaman ətrafdakı insanların təəccüblü baxışlarından narahat olmayıb. Qeyd edək ki, ABŞ prezidenti bir neçə gün əvvəl ölkə telekanallarından birinə müsahibə verərkən birbaşa yayım vaxtı milçək tutmuş və bu hərəkəti ilə uzun müddət mətbuatın diqqət mərkəzində olmuşdu. /ANS PRESS/