Barak Obama Abdullah Gülə zəng edib
18 Oktyabr 2009 Bazar 02:45
Barak Obama Abdullah Gülə zəng edib. Liderlər Türkiyə-Ermənistan yaxınlaşmasından danışıblar.
ABŞ prezidenti Barak Obama Türkiyə prezidentinə zəng edib. Ağ Evin yaydığı məlumata görə, iki lider Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıb. Onlar son prosesləri münasibətlərin normallaşırılması istiqamətində tarixi irəliləyiş kimi qiymətləndiriblər.
Barak Obama Türkiyənin Əfqanıstan məsələsindəki yardımlarına görə Abdullah Gülə minnətdarlığını bildirib və bu sahədə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə edilib. Telefon söhbətində Kipr probleminin həlli də müzakirə edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar