Barack Obama kompromise gedir
10 Oktyabr 2013 Cümə Axşamı 05:30
Ağ Evin metbuat xidmeti ABŞ prezidentinin Demokratlar partiyasından olan konqresmenlerle görüşünden sonra açıqlama verib.
ABŞ prezidenti Barack Obama qısamüddətli büdcə kompromisinə getməyə hazırdır. ANS PRESS-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ Ev Obamanın Demokratlar partiyasından olan konqresmenlərlə görüşündən sonra təsdiq edib. Əgər demokratlarla respublikaçılar büdcə ilə ilə bağlı kompromisə gəlməsələr oktyabrın 17-dən ABŞ-da defolt gözlənilir.
Barak Obama respublikaçı konqresmenlərə bu məsələdə yardım olmaları ilə bağlı müraciət edib. ABŞ-da defolt təhlükəsi aradan qalxaraq, dövlət müəssisələrinin açıqlmasından sonra Obama büdcə danışıqlarına başlayacağı ilıə bağlı söz verib.
DOSTLARINLA PAYLAŞ: