Banqladeşdə 200 nəfərlik sərnişin bərəsi batıb
16 May 2014 Cümə 07:38
Banqladeşdə 200 nəfərlik sərnişin bərəsi batıb. Sərnişinlər arasında çox sayda qadın və uşaq olub.
Cümə axşamı Banqladeşdə sərnişin bərəsi qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, Banqladeşdə içərisində 200 sərnişin olan bərə Meqna çayında qəza keçirib.

Dərhal xilasetmə qrupları hadisə yerinə cəlb ediliblər. Sərnişin bərəsində həyata keçirilən xilasetmədə 12 nəfər həyatını itirib, bəziləri isə qəzadan sonra üzərək sahilə çıxıblar.

Sərnişin bərəsinin Şariatpur şəhərindən paytaxt Dəkkəyə getdiyi, sərnişinlər arasında çox sayda qadın və uşağın olduğu bildirilib.

Hadisə paytaxt Dəkkədən 27 kilometr məsafədə Meqna çayında baş verib. Qəzaya səbəb hava şəraitinin kəskin şəkildə pisləşməsi olub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar